Arif Hacılı hökumətə mesaj verdi: “Dünya düzənində dəyişikliklər olacaq”

Azərbaycan hakimiyyəti ölkə içində tənqidçilərə divan tutmaqdan nəfəsini dərib bu siyasi şəraitdən Azərbaycanın maraqları baxımından yararlanmaq barədə düşünməlidir.

Bu gün Birləşmiş Ştatlar Suriya hökumət hədəflərinə qarşı kruiz raketləri ilə zərbələr endirib. ABŞ-ın hərbi addımları Bəşar əl-Əsəd hökumətinin mülki əhaliyə qarşı kimyəvi silah hücumundan sonraya təsadüf edir. Bu məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı bu barədə öz facebook səhifəsində yazıb.

“ABŞ Suriyanı vurdu.

Rusiya ABŞ münasibətləri gərginləşir.

Dünya düzənində dəyişikliklər olacaq.

Azərbaycan hakimiyyəti ölkə içində tənqidçilərə divan tutmaqdan nəfəsini dərib bu siyasi şəraitdən Azərbaycanın maraqları baxımından yararlanmaq barədə düşünməlidir.” -Arif Hacılı bildirib

Xatırladaq ki, ABŞ-ın bu həmləsi Suriya hökumətini hədəf alan ilk hücumdur.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: