Mərkəzi Bank daha məqsədli kreditlər verə bilməyəcək

«Mərkəzi Bank haqqında» qanuna düzəlişlər edilməsi haqqında layihəsi  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsində müzakirə edilib və parlamentin müzakirəsinə çıxarılıb. Bu qanun Mərkəzi Bankın dövlət zəmanəti ilə məqsədli kredit vermə hüququnun alınmasını nəzərdə tutur.

Söhbət qanunun 49.1 maddəsindən gedir. Orda deyilir ki, Mərkəzi Bankın dövlət zəmanəti ilə sosial-iqtisadi əhəmiyyətli layihələrə və real sektora dəstək üçün məqsədli kredit verə bilər. Kreditlərin forma, qayda və şərtlərini bankın İdarə Heyəti müəyyən edir.

 «Dünya ölkələrinin çoxunda Mərkəzi Bankın belə bir fəaliyyəti yoxdur, çünki o, Mərkəzi Bankın hüquqi hüquqi təbiətinə ziddir, kommersiya bankları ilə rəqabətə səbəb ola bilər. Bu isə əsas məqsəd – qiymət sabitliyindən geri çəkilmək deməkdir. Bir sıra tarixi və iqtisadi xarakterli səbəblərdən inkişaf etmiş ölkələrin (İngiltərə, Almaniya, Fransa və s) mərkəzi bankları korporativ və özəl müştərilərin depozit-kredit və hesab-kassa xidmətini də həyata keçirir. Məsələ burasındadır ki, bir çox inkişaf etmiş ölkələrdə mərkəzi banklar əvvəllər səhmdar-kommersiya bankı kimi yaradılıb, uzun müddət təkcə dövlətə yox, ­ korporativ və özəl müştərilərə də xidmət edib», – deyə “Bank hüququ” kitabının müəllifi, bank eksperti Əkrəm Həsənov Turan-a bildirib.

Deyilən maddə «Mərkəzi Bank haqqında» qanuna 2009-cu ildə əlavə edilib. AMB-nin məqsədli kreditləri iri şirkətlərin, dövlət zəmanəti ilə dövlət inhisarlarının kreditləşməsi ilə bağlı idi. Qanun AMB-nin birbaşa kredit verməsini qadağan etdiyi üçün əməliyyatlar özəl banklar və dövlət kapitallı banklar vasitəsilə həyata keçirilib.

«2013-cü ildə yarım milyard məbləğində 4 belə kredit verilib. Borcalanlar arasında AZAL da olub. QSC birbaşa AMB-yə müraciət edib, o isə krediti, məsələn, ABB-yə ayırır ki, AZAL-ı kreditləşdirsin. Əslində AMB AZAL-a kredit verib, amma birbaşa yox, vasitəçi ilə. Bu halda rəqabət prinsipi, kredit sistemində onun funksional rolu pozulur. Çünki tənzimləyici valyuta emitentidir və bank sektoruna xidmət etməlidir», – deyə ekspert bildirib.

«Devalvasiya və inflyasiya şəraitində problem kəskinləşib. Manatın daha da qiymətdən düşməsinin qarşısını almaq üçün AMB pul kütləsini azaldır, yalnız məqsədli yox, başqa layihələrə də kredit vermir. AMB ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında münaqişə bundan irəli gəlir. Maraqların müharibəsi pik həddə çatıb – AMB beynəlxalq maliyyə institutlarının dəstəyini təmin edərək inflyasiyanın qarşısını almaq və manatın məzənnəsini qorumaq üçün məqsədli kreditləşmədən əl çəkmək istəyir. Amma onun bu mövqeyi iri məmur və inhisarların maraqları ilə toqquşub. Çünki kommersiya bankları onlara kredit iri vermir, xaricdən almaq isə çətindir», – deyə Həsənov izah edib və bildirib ki, qanunun 49.1 maddəsinin ləğvi AMB-yə təzyiqlərlə bağlı ola bilər.

AMB beynəlxalq standartlara və beynəlxalq maliyyə təşkilatlarına əsaslanaraq öz mövqeyini qoruyur. Böhran şəraitində hökumət ona qulaq asmağa məcburdur.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: