Müsavat başqanının iki müşaviri polisə çağırıldı

Müsavat başqanının iki müşaviri Polis İdarəsinə çağırılıb.
 
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlının “Basta” ya verdiyi məlumata görə Müsavat başqanının müşavirləri Ramazan Əliyev və Elman Həsənli Polis bölməsinə çağırılıb.
 
Gülağa Aslanlı  hesab edir ki, müşavirlərin polisə çağırılmasının səbəbi iki gün öncə “Basta” dərc olunan “Müsavat başqanı müşavirlərinə tapşırıq verdi” sərlövhəli xəbərdir.
 
Elman Həsənli sabah üçün, Ramazan Əliyev isə bu gün bölməyə çağırılıb.
 
 
XATIRLATMA
 
İki gün öncə Müsavat Partiyasının başqanı Arif Hacılı öz müşavirləri ilə iclas keçirib. İclasda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müşavirləri Hidayət İsmayılov, Sevda Laçınlı, Yusif Tağı, Elman Həsənli, Ramazan Əliyev, Mərdan Mehdili və Dadaş Əhmədli iştirak ediblər. İclasda ölkədə və bölgələrdə olan ictimai-siyasi durumla bağlı müşavirlərin fikirləri dinlənilib, partiyanın qarşısında duran vəzifələr müzakirə edilib və müfaviq tapşırıqlar verilib.
 
 
Bastainfo.com
%d bloqqer bunu bəyənir: