Rusiya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı

Rusiya  Amerika ilə bağlanmış Suriyada “İnsidentlərin qarşısının alınması haqqında Memorandum”  fəaliyyətini dayandırır.

 Rusiya Amerikanın Suriyaya hava zərbələrindən sonra Birləşmiş Ştatlarla  əvvəllər bağlanmış  “Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin olunması haqqında Memorandum”da fəaliyyətini dayandırır. Bu barədə RF XİN bəyan edib.

Rusiya XİN-i  ABŞ-ın Suriyanın Xoms əyalətindəki bazalarına hava zərbələrindən sonra  yaranmış vəziyyəti müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. “Mövcud vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə iclasını çağırırıq”, — xəbərdə deyilir.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: