İŞİD ilin ən böyük kütləvi edamını törətdi

“İraq-Şam İslam dövləti” (İŞİD) terror qruplaşması ilin əvvəlindən ən böyük kütləvi edam cəzası həyata keçirib. Bu barədə Londonda Suriya üzrə insan hüquqları  müşahidə qrupu “The Independent”a istinadən xəbər yayıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, cihadçılar Deyr-əz-Zor şəhərinin yaxınlığındakı səhrada 18-25 yaş arası olan 33 nəfəri qətlə yetirib. Onlar iti alətlərlə doğranaraq əvvəlcədən qazılmış quyulara doldurulublar.

 Yaraqlılar tərəfindən öldürüldürənlərin kimliyi — dinc sakinlər, hökumət əsgərləri, Suriya müxalifətinin və ya müttəfiq qoşunların döyüşçüləri olduğu məlum deyil, – xəbərdə deyilir.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: