Milli Şura Bakıda mitinq keçirdi – VİDEO

Bu gün Bakıdakı “Məhsul” stadionunda Milli Şura “ Yalana, talana və monarxiyaya yox” şüarı ilə aksiya keçirib.

Təşkilatçılar mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumətin inzibati basqılardan istifadə etdiyini açıqlayıblar.

Təşkilat Komitəsi üzvlərinin sözlərinə görə, mitinqdə iştirak etməkdən ötrü paytaxta gəlmək istəyən əyalət müxalifətçilərinə basqılar olub, – “Azadlıq” qəzeti məlumat verir.

Bundan başqa metronun “İnşaatçılar” stansiyası yaxınlığına cəlb olunmuş polis qüvvələrinin də aksiyaya gələnlərin sərbəst hərəkətinə çətinliklər yaratdığı söylənir.

Mitinqin videogörüntülərini təqdim edirik:

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: