“Polis rəisinə son sözüm bu oldu: öləcəm amma Müsavatdan dönməyəcəm”

Bu gün səhər Qubadlı Rayon Polis İdarəsinə aparılan Müsavat Partiyası Qadınlar Birliyinin Şura üzvü Mətanət İsmayıl sərbəst buraxılıb.

“Səhər tezdən mitinqlə bağlı başlayan qərgin danışıqlar bitdi nəhayət. Polis rəisinə mənim son sözüm bu oldu: öləcəm, amma Müsavatdan da onun getdiyi yoldan dönməyəcəm!” – Mətanət İsmayıl özünün feysbuk səhifəsində yazıb.

Mətanət İsmayıl polis idarəsinə ona dəstək olmaq üçün gələn müsavatçılara da təşəkkürünü bildirib.

Qeyd edək ki, son iki gündə Müsavat Partiyasının Məclis üzvü Cahangir Əmirxanlı, partiyanın Gəncə şəhər təşkilatının sədri Oqtay Zeynalov, Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmli. Qubadlı Rayon Təşkilatının sədri Nazim Azadoğlu, Müsavat başqanının müşavirləri Ramazan Əliyev, Elman Həsənli, Mərdan Mehdili və digərləri polisə çağırılıblar. Onların bir çoxu artıq sərbəst buraxılıb.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: