İlkin Rüstəmzadəyə cəmiyyətə yararsız olduğu barədə bildiriş göndərilib

Əfv Komissiyası bir ilkə imza atıb. Şərlənərək həbs olunmuş NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadəyə bildiriş göndərib. 

Bildirişdə törətdiyi cinayətin ağır olduğu, cəmiyyətə yararsız olduğu bildirilir.

İlkin Rüstəmzadə düşünür ki, bildiriş hüquq müdafiəçilərinin onun əfv olunması ilə bağlı prezidentə müraciətinin cavabıdır. 

İlkin Rüstəzadənin yaxınlarının “Basta” ya verdiyi məlumatda bildirilir: “İlkin düşünür ki, yəqin bu da təzə islahat növüdür: Həbsdəki siyasi məhbuslara cəmiyyətə yararsız olmaları ilə bağlı bildiriş göndərirlər. Çünki, indiyə qədər heç bir siyasi məhbusa belə bildiriş göndərməyiblər.”

İlkinin yaxınları həmin bildirişin fotosunun əldə olunmasının mümkünlüyünü soruşan əməkdaşımıza “Rəis İlkinə oxutdurub, qol çəkdirib, amma özünə verməyib” – cavabını verdilər.

Onu da, əlavə edək ki, İlkin Rüstəmzadənin səhhətində problem var. O həzm sisteminin xəstəliyindən əziyyət çəkir. Ailə üzvlərinin apardığı dərmanlardan istifadə etsə də, hələ də səhhəti düzəlməyib.

 

Könül Alı

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: