Moskvada 2 sərnişin qatarı toqquşdu – 50 nəfər yaralandı

Moskvada qatarların toqquşmasından sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Rusiya Dəmir Yolları”ndan bildirilib.

“Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib”, – deyə məlumatda bildirilir.

 

%d bloqqer bunu bəyənir: