Ərdoğan Putinə qarşı koalisiyaya qoşulur

“The Sunday Times”a məlum olub ki, yaxın zamanlarda ABŞ və Britaniya Rusiyanı Suriyada hərbi cinayətlərdə iştirakda ittiham etməyə və Putindən Əsədin “qanlı rejiminə” dəstəyini dayandırmağı tələb etməyə hazırlaşır. Qəzet iddia edir ki, Türkiyə də bu tələbə qismən qoşulur.

ABŞ-ın dövlət katibi Moskvanı 2013-cü il tarixli Suriya kimyəvi silahlarının müşahidə və məhv edilməsi haqda müqaviləni pozmaqda, bununla da  Rusiya tərəfini öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etməyə hazırlaşır.

Qəzetin yazdığına görə, ABŞ-ın dövlət katibi Tilersonun Moskvaya səfəri ABŞ və Böyük Britaniyanın Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədə hərbi dəstəyini dayandırmağı tələb etmək haqda birgə planının bir hissəsidir.

Yəqin  təsadüfi deyil ki, türk lideri Ərdoğan da mövzunu dərhal tutub.

Anadolu agentliyi yazır ki, Moskva aprelin 4-də Əsəd ordusunun  İdlib əyalətində kimyəvi silah tətbiq etməsindən sonra ABŞ-ın mövqeyinə  qoşulmalıdır.  

“Bu, yalnız ABŞ-ın hərəkətləri ilə məhdudlaşmamalıdır. Biz ümid edirik ki, prosesə Rusiya da qatılacaq və ya ən azı Əsədin müdafiəsindən imtina edəcək”, — deyə Ərdoğan qeyd edib.

Beləliklə, Rusiya hakimiyyəti çox da asan olmayan seçim qarşısında qalır: Suriya missiyasında  həm Qərb, həm də Türkiyənin dəstəyini tam itirə bilər. Ümid təkcə İranla əməkdaşlığa qalır.

Kremlin mətbuat xidməti məlumat verib ki, Rusiya və İranın  prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında telefon danışığı olub.

“Suriyada yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf  ABŞ-ın suveren dövlətə qarşı beynəlxalq hüquq normalarını pozulmaqla təcavüzkar hərəkətlərinin yolverilməz olduğunu qeyd edib. V. Putin və H. Ruhaninin birgə rəyinə görə, aprelin 4-də Suriyanın İdlib vilayətində  kimyəvi silah tətbiqi hadisəsi ilə bağlı bütün hallar obyektiv araşdırılmalıdır”, — Rusiya prezidentinin saytında dərc edilmiş məlumatda bildirilir.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: