Gürcüstandan Azərbaycana gələn yük maşınlarının uzun növbəsi yaranıb – Video

Sürücülər deyir ki, Azərbaycan gömrükçülərinin ləng işləməsi, yaxud prosesi qəsdən yubatması nəticəsində, onlar günlərlə sərhəddə növbə gözləməli olurlar

Oxucumuzun “Basta”ya göndərdiyi bu video aprelin 9-da Gürcüstanın Azərbaycanla sərhəddində yerləşən Laqodexi rayonunda çəkilib. Mənbə bildirir ki, Laqodexidən Tsinoriyədək Gürcüstandan Azərbaycana keçmək istəyən yük maşınlarının uzun növbəsi yaranıb.

“Biz Tiflisə gedəndə də sərhəddə bu vəziyyət idi, bir neçə gün sonra qayıdan da eyni mənzərəni gördük. Yüzlər tır Balakən gömrük məntəqəsində sərhəddən Azərbaycana gözləmək üçün növbə gözləyir. Bu yük maşınlarının içində Azərbaycan mal gətirənlər də var, tranzit olaraq keçənlər də. Sürücülər deyir ki, onlar Gürcüstan sərhəddini qısa müddətdə keçə bilirlər, amma Azərbaycan gömrükçülərinin ləng işləməsi, yaxud prosesi qəsdən yubatması nəticəsində yük maşınlarının günlərlə davam edən növbəsi yaranıb” – mənbə bildirib.

Dövlət Gömrük Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: