Tankın yanacaq çənindən qızıl külçələr tapıldı

TASS xəbər verir ki britaniyalı kolleksiyaçı T-54 sovet tankının yanacaq çənində dəyəri 2,5 milyon dollar olan beş qızıl külçə aşkar edib.

Nik Mid tankı cəmi 37 min dollar ödəməklə “Ebay” internet-hərrac vasitəsilə əldə edib. Britaliyalı tapdığına o qədər təəccüblənib ki, polis çağırıb.

Polis imzalı qəbz saxlamaqla  külçələri özü ilə aparır. Ancaq bu, kolleksiyaçının əhvalına təsir etmir  — özünü  xoşbəxt sayır ki, tank ona qaldı.

Onun kolleksiyasında təxminən 150 ədəd hərbi texnika var. 55 yaşlı fermer həvəskarları topladığı hərbi texnikanı öz təsərrüfatının sahəsində sürməyə dəvət etməklə yaxşı pul qazanır.

Nikin aldığı tank İraq silahlı qüvvələrinə məxsus olub. Döyüş maşını 1990-1991-ci illərdə Fars körfəzi müharibəsində iştirak edib. Sonra isə o, koalisiya qoşunları tərəfindən ələ keçirilib və Böyük Britaniyaya gətirilib. Güman edilir ki, yanacaq çənində gizlədilən qızıl külçələr Küveytin anbarlarından əldə edilib.

1959 – 1968-ci illərin istehsalı olan hərbi texnika SSRİ-nin Bağdada göndərdiyi T-54 markalı 300-ə yaxın tankdan biridir.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: