Suriyada iki rus əsgəri öldürüldü – SON DƏQİQƏ

Suriyada Bəşər Əsədə müxalif olan hərbi qruplaşmanın hücumu nəticəsində iki rus əsgəri öldürülüb. Bu haqda RİA-Novosti Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Daha bir əsgərin ağır yaralı olduğu, həkimlərin onun həyatını xilas etməyə çalışdığı bildirilir. Məlumata görə, rusiyalı əsgərlər Əsəd ordusunun dəstələrindən birinin tərkibində müqavilə əsasında vuruşurlarmış. Onlar minaatanlardan açılan atəşə məruz qalıblar.

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: