Çin KXDR sərhəddinə 150 minlik qoşun çıxartdı

150 minlik Çin ordusu KXDR sərhədlərinə doğru irəlilədi. Pekin ABŞ-ın Şimali Koreyaya müdaxiləsini real sayır. 

Pekin Donald Trampın Şimali Koreyanın ünvanına hədə-qorxusundan sonra  Pxenyana zərbə ehtimalına görə KXDR-in sərhədinə 150 minlik  qoşun göndərir. Bu barədə Cənubi Koreya portalı “Chosun” məlumat yayıb.

 Məlumata görə, “Çinin narahatlığına KXDR ballistik raketlərinin  növbəti  sınağı və Birləşmiş Ştatların Suriyaya  qanadlı raketlərlə  son zərbəsi səbəb olub”.

“Çin ordusunun 150 minlik şəxsi heyəti KXDR sərhəddinə yalnız humanitar missiya ilə çıxıb. Pekin Birləşmiş Ştatların önləyici zərbəsini istisna etmir,  çoxsaylı mümkün qaçqın ordusunun yaranacağından ehtiyat edir”, məqalədə deyilir.

Ehtimal olunur ki, Çin qoşunları iki dövlət arasındakı Yalu çayı boyunca yerləşir. Qaçqınlara ilk yardım göstərilməsi üçün sərhəddə tibbi bölmələr və səhra xəstəxanaları göndərilib.  

Məlumatlara görə, başda aviadaşıyıcı “Karl Vinson” olmaqla ABŞ hərbi dəniz zərbə qrupu Koreya yarımadasına yola düşür.

 Pentaqonun  bu addımı Pekinin narahatlığına səbəb olub.

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: