İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

İran şirkətlərinin Qarabağda qeyri-qanuni fəaliyyətinə etiraz bildirildi

Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin məlumatına görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Gövhər-ağa məscidində  aparılan qeyri-qanuni işlərə İrandan mütəxəssislər cəlb edilib. İran diplomatı bununla  bağlı XİN-ə çağırılıb.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi görüşdə səfirin nəzərinə çatdırılıb. “Part Saman Jahan Co” İran şirkətlərinin qeyri-qanuni fəaliyyətinin dayandırılması üçün İran tərəfindən tədbirlər görülməsi xahiş edilib.

Qeyd etmək lazımdır ki, İran şirkəti  erməni separatçıları ilə  Gövhər-ağa  məscidində qeyri-qanuni “bərpa işləri” aparılması haqqında müqavilə hələ 2016-cı ilin payızında bağlayıb.

“Ermənistan tərəfindən Şuşada bu məscidin ətrafında qazıntılar aparılması vandalizmdir,  işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinin sistemli şəkildə məhv edilməsi siyasətinin  tərkib hissəsidir” – bu barədə XİN əvvəllər bəyanatla çıxış edib.

Məlum olduğu kimi Gövhər-ağa Cümə məscidi İbrahim xanın sərəncamı ilə tikilmişdir (1663-1769). Layihənin memarı memar Kərbəlayi Səfi xan olub.

Sovet dövründə burada tarixi-arxeoloji muzey yerləşirdi. Azərbaycan müstəqillik əldə edəndən sonra məscid öz fəaliyyətlərini bərpa etdi.

1992-ci ildə Şuşanın işğalından sonra, məscid öz fəaliyyətini dayandırıb.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: