Azərbaycan ən təhlükəsiz ölkələrin reytinq siyahısında 35-ci yerdədir

Dünya iqtisadi forumunun ekspertləri ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.

136 ölkənin daxil olduğu siyahıya əvvəlki kimi Finlandiya başçılıq edir.

Reytinq cədvəlində ikinci yerdə Səudiyyə Ərəbistanı, 3-də isə İslandiya gəlir.

İlk onluqda sonrakı yerləri Oman, Honq Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər gəlir.

Azərbaycan siyahıda 35-ci yerdə gəlir.

Keçmiş Sovet ölkələrindən Gürcüstan siyahıda 29-cu, Ermənistan 34-cü, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna isə 127-ci yerdə gəlir.

Ən təhlükəli ölkələr isə Kolumbiya (136),Yəmən (1350 və Salvadordur (134).

“The Travel & Tourism Competitiveness Report 2017” adlı hesabat silahlı münaqişələr, cinayətkarlığın səviyyəsi və terror təhlükəsi də daxil olmaqla müxtəlif faktorlar əsasında hazırlanıb.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: