Cem Yılmaz və Fatih Portakala “arvadı halalımızdır” təhdidi

Türkiyədə referenduma bir neçə saat qalmış siyasi ehtiraslar qızışmaqdadır. Məşhur aktyor və karikaturaçı Cem Yılmaz sosial şəbəkədəki hesabından Mustafa Kamal Atatürkün şəklini paylaşaraq, “Səs vermək ən zadəgan vətəndaşlıq vəzifəmizdir. Səsimizdən istifadə edək. Çox yaşasın respublika” statusunu paylaşıb.

Yılmazın bu paylaşmasının altına isə “Rəis Ercan Sirkəli” adlı istifadəçi skandal bir cavab yazıb. Sirkəli, Cem Yılmazın köhnə həyat yoldaşı Ahu Yağtu’nun fotoşəkilini paylaşaraq, “Sadiq Altunbaş və Ömər Akbayram Ağ Partiyalı Rəis sevdalısı qardaşlarımızdır. Hayırcı Ahu Yağtu halalımızdır” yazıb.

Sirkəli ikinci şərhində isə Fox TV-nin məşhur aparıcısı Fatih Portakal və onun xanımının fotoşəkilinin paylaşaraq, “Xeyr” deyən Fatih Portakalın arvadı halalılımızdır” ifadələrini yazıb.

Türkiyə mətbuatında bu olay referendumqabağı provakasiya kimi qiymətləndirilib.

[Haber görseli]

[Haber görseli]

Bastainfo.com

%d bloqqer bunu bəyənir: