Türkiyədə seçki komissiyasının üzvi ürəktutmasından həyatını itirdi

Türkiyə mətbuatının yazdığına görə, anayasaya dəyişiklik üçün keçirilən referandumda seçki komissiyasının üzvü  Muzaffer Babayigit 55 yaşında ürək tutmasından həyatını itirdi.

Ankaranın  Altındağ rayonunda, Hayme Hatun ibtidai məktəbində saat 10.30 radələrində CHP nümayəndəsi Muzaffer Babayigitin seçki məntəqəsində vəziyyəti ağırlaşdı.

Seçki məntəqəsi üzvləri dərhal təcili yardıma müraciət ediblər.  Ankara Təhsil və Araşdırma xəstəxanasına çatdırılan Babayigitin həyatını xilas etmək mümkün olmayıb. 

Babayıgıtin cənazəsi sabah məmləkəti  Yozqatda toprağa tapşırılacaq.

Heybət Əmrah

bastainfo.com

 

%d bloqqer bunu bəyənir: