Türkiyədəki referendumda saxtakarlıq haqda skandal məlumatlar – VİDEO

Türkiyənin müstəqil və müxalifyönlü mətbuatında bu gün ölkədə keçirilən referendumda qanun pozuntuları və saxtakarlıq haqda xəbərlər yayılmaqdadır.

Belə məlumatlardan biri Yozqatda baş verən saxtakarlıq haqqındadır. Cumhuriyyet qəzetində yayımlanan videoda avtomobilin arxa oturacağında dəstə ilə referendum bülleteninin bir şəxs tərəfindən möhürləndiyi görünür. Videonu çəkən şəxs “Evet”mi basırsız, soruşur və “evet” cavabı alır.

Qanun pozuntuları haqda başqa bir skandal məlumat isə “Haberler” qəzetində dərc olunub. Bildirilir ki, Ankaranın Mamak ilçəsinde CHP-dən olan millət vəkili Əli Heydər Haqverdi secici siyahısında başqa bir şəxsin onun əvəzinə imza ataraq səs verdiyini müəyyən edib. Deputat olaya sərt təpki göstərdikdən sonra seçki komissiyasının rəhbərliyi bunun texniki səhv ucbatından baş verdiyini bildirib.

Seçki günü YSK da (Yüksək Seçim Kurulu) skandal bir qərar qəbul edib. Cumhuriyet qəzetinin məlumatına görə, bir sıra seçki məntəqələri seçicilərə səs vermək üçün “Evet” möhürü əvəzinə, səhvən “Tercih” möhürünü veriblər. Bu gün YSK bununla bağlı fövqəladə qərar qəbul edərək, “Tercih” möhürü ilə verilən səslərin etibarlı sayılması haqda qərar qəbul edib. Cumhurriyyet qəzetinin bununla bağlı şərhində qeyd edilir ki, YSK bununla “oyun başladıqdan sonra, oyun qaydalarını dəyişib”.

YSK daha sonra təkrar toplaşaraq, umumiyyətlə möhürsüz bülletenləri də etibarlı sayacaqları haqda qərar qəbul edib. Reuters-in məlumatına görə, CHP YSK-nın bu qərarını “rəzalət” adlandırıb.

rezalet

Bu qərara MHP sıralarından çıxarılmış millət vəkili Ümid Özdağ da sərt etiraz edib. O, mətbuata verdiyi açıqlamasında bu qərarın cinayət olduğunu ifadə edib və həmin qərarı qəbul edən hər kəsin məsuliyyətə cəlb olunacağını deyib.

Qeyd edək ki, bundan əvvəlki dönəmlərdə Türkiyədə keçirilən seçkilərdə saxtakarlıq faktları və iddiaları qeydə alınmamışdı. 

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: