Müsavat MHP-dən ayrıldı

Türkiyədə referendumdan sonra ilk  istefa!mhp

Türkiyə mediasının verdiyi xəbərə görə, Ülkü Ocaqları keçmiş lideri Müsavat Dərvişoğlu sosial mediada MHP-dən istefa etdiyini  açıqlayıb. Dərvişoğlu  “Hədəf və ülkülərimizə  xidmət etdiyinə inanmadığım bir siyasi qurum ilə birlikdə olmağı mümkün bilmədiyim  üçün  istefa verirəm”, – deyə bildirib. O, MHP lideri Dövlət Baxçalının referendumda AKP ilə əməkdaşlıq qərarından sonra partiya ilə əlaqələrini kəsməsi haqda qərarını  sosial şəbəkələrdə açıqlayıb.

 “Hədəf ve ülkülərimizə xidmət etdiyinə artıq inanmadığım bir siyasi qurum ilə birlikdə olmağı mümkün  bilmədiyimdən, uşaqlığım  daxil bütün bir ömrü içində keçirdiyim ve keçmişdə mənsubu olmaqla şərəf duyduğum Milliyetçi Hərəkət Partiyasından  istefa edirəm. Məlumat verməyə ehtiyac duydum”.

Heybət Əmrah

bastainfo.com

 

%d bloqqer bunu bəyənir: