“Qaz xəttinə bu aparatla hava vurub, əhaliyə satırlar” – Mirvari Qəhrəmanlı (VİDEO)

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə bir qurğunun fotosunu paylaşıb. O bildirib ki, bu, qaz kəmərlərinə hava vuran qurğunun şəklidir.

“İslehlakçının qənimi, bir çox Regional Qaz İstismar İdarəsi rəisinin dostu. Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir”, – deyə Mirvari Qəhrəmanlı bildirib.

Mirvari Qəhrəmanlı bir maraqlı məqama da toxunub: “Hazırda Praqadayam. Evdə qaldığım üçün təbii ki, qazdan istifadə edirəm. Bilmək istərdim, nəyə görə xörək bişirərkən qaynama, qızartma prosesi burda, daha tez başa çatır? Qazın tərkibi, yoxsa başqa amil”.

Onun bu sualı ciddi müzakirələrə səbəb olub. Hüquq müdafiəçisi Sahib Məmmədovun onun sualına cavabı belə olub: “Bizdə qazın tərkibinə yanmayan qatışıqlar əlavə olunur. Yanma zamanı o qazlar sadəcə uçub gedir və istilikyaratma prosesində iştirak etmir. Uçub gedən təkçə qaz olmur, həm də istehlakçıların pulu olur…”

Yeniavaz.com
%d bloqqer bunu bəyənir: