Türkiyədə referendumdan sonra ilk qərar

Fövqəladə vəziyyət rejimi uzadılır

Prezident Recep Tayyip Erdoğan, bu gün əvvəlcə  Milli Güvənlik Kurulunun, daha sonra isə nazirlər kabinetinin iclasını keçirəcək. 

Baş nazirin müavini Nurettin Canikli bugünkü MGK toplantısında Türkiyə ərazisində fövqəladə vəziyyət rejiminin uzadılmasının müzakirə olunacağını, müsbət rəy alınacağı təqdirdə bu haqda qərar veriləcəyini bildirib, – CNN Türk məlumat verir.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında  baş tutmayan çevriliş cəhdindən sonra Türkiyədə fövqəladə vəziyyət rejimi davam edir.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: