ABŞ Koreya yarımadasının sahillərinə daha iki aviadaşıyıcı göndərdi

“Associated Press” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Koreya Respublikası yaxınlığında yerləşən Amerika hərbi bazasına səfər edib. Pens ziyarət etdiyi demilitarizasiya zonası adlanan ərazidə (Cənubi və Şimali Koreyanı ayıran ərazi) Cənubi Koreya sərhədçiləri ilə söhbətləşib. Səfər zamanı Pensin “regionda əməliyyat şəraiti” ilə tanış olacağı bildirilir.

Bundan başqa, Pensin Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Hvang-Kyo Аnla görüşü planlaşdırılıb.  Görüş zamanı “Koreya yarımadasında təhlükəsizlik məsələlərini müzakirə olunacaq”, – xəbərdə deyilir.

Vitse-prezident deyib ki, ABŞ-ın Şimali Koreyaya münasibətdə  “strateji səbirli olmağının” sonu çatıb.

“Bütün variantlar masa üzərindədir”, — deyə Pens vurğulayıb, KXDR “şübhə etməsin ki, ABŞ müttəfiqləri ilə birlikdə qəqarlıdır”.

Onun sözlərinə görə, ABŞ öz müttəfiqləri və Çin ilə birlikdə Pxenyana cavab tədbirləri üzərində işləyir.

Bütün bunların fonunda Cənubi Koreya KİV-i xəbər verir ki, Pentaqon yarımadanın sahillərinə daha iki aviadaşıyıcı  göndərib. Söhbət Yaponiya dənizində Cənubi Koreyanın hərbi donanması ilə birgə təlimlərdə iştirak etmək üçün “Ronald Reyqan” və “Nimis” aviadaşıyıcılarından gedir.

Xatırladaq ki, Pxenyanın  aprelin 15-də Kim İr Senin  105 illiyi şərəfinə baş tutmamış ballistik raket sınağından sonra Koreya yarımadasında vəziyyət ciddi şəkildə gərginləşib.

Heybət Əmrah

bastainfo.com

 

%d bloqqer bunu bəyənir: