Bakıda şəhidin abidəsini götürdülər, adına salınmış parkı sökdülər… — FOTO

Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən “Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir. Şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi  məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək parkın hazırda xarabalığı xatırladan ərazisinə köçürülüb.

Bu barədə virtualaz.org saytına Məzahir Rüstəmov küçəsinin sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlanıb və katlavan qazıntısına başlanılıb. Sakinlər tikintinin dayandırılmasına etiraz ediblər,  əraziyə polis dəvət olunub.

Tikinti şirkətinin nümayəndəsi isə parkın ərazisinin satın alındığını, bunu təsdiqləyən sənədlərin olduğunu deyib. 

Park ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan idi. Parkın ətrafında iki məktəb, bir uşaq bağçası yerləşir.

Parkdakı meyvə ağazları quruyub. Sakinlər binaya gedən yolun tikintisi zamanı çoxillik ağacların qırılacağından da narahatdılar.  

Xətai Rayon İcra Hakimiyyəti sakinlərin çoxsaylı müraciətlərini qulaqardına vurub.

Rayon icra hakimiyyətindən isə sualları cavablandıracaq səlahiyyətdə olan əməkdaşın hazırda işdə  olmadığını bildirilib. 

%d bloqqer bunu bəyənir: