Bakı Lift İdarəsinin rəisinə qarşı yeni şok ittihamlar – Video

Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”

“Oğlumu döydürməklə kifayətlənməyib, indi də onu həbs etdirmək istəyir”

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə “Basta”da dərc olunan xəbər artıq bir neçə gündür ki, mətbuatda ciddi rezonans doğurub.

Bakı Lift İdarəsi rəisinin əməlləri və varidatı haqda heyrətamiz iddialar sərlövhəli yazıda Qüdrət Şükürovun özünün keçmiş kürəkəni Elşən Əsgərlini döydürdüyü, amma hüquq-mühafizə orqanlarının bununla bağlı heç kimi həbs etmədiyi bildirilirdi. Yazıda ilk baxışdan elə də böyük vəzifə sahibi olmayan Şükürovların 400 min dollara başa gələn toy məclisi, bahalı avtomobilləri, özəl yaxtası və digər varidatı haqda da bilgilər yer almışdı.

Elşən Əsgərlinin atası Rafael Əsgərov “Basta”ya açıqlamasında Bakı Lift İdarəsinin rəisinə qarşı yeni ittihamlar irəli sürüb. O, bildirib ki, Qüdrət Şükürov Elşən Əsgərlini döydürməklə kifayətlənməyib, indi də onu şərləyərək həbs etdirmək istəyir:

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə  birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. Bildirilir ki, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – notarisdan alınmış saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, şikayət edib və notariusdan alınan saxta etibarnaməni ləğv etdirib. Elşən Əsgərli övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb.

“Oqtay deyib ki, 30 min rüşvət vermişik”

Rafael Əsgərov deyir ki, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.

“Hadisə aprelin 10-da olub. Qüdrət Şükürovun yeni kürəkəni Oqtay Əhmədov Elşəni “görüşüb məsələni yoluna qoymaq” adı ilə çağıraraq, sonra yanındakı qoçu dəstəsi ilə birgə Elşəni vəhçicəsinə döyüblər. Bununla bağlı polisə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür. Nərimanov rayonunun polis idarəsinə gedərkən, orada Qüdrət Şükürovu gördüm. Daha sonra özüm də rəisin qəbuluna girdim. Rəisdən soruşdum ki, Qüdrət Şükürov bura nə üçün gəlmişdi, o da təsdiqlədi Qüdrət Şükürov Elşənin həbs edilməsini istəyir. Şükürovun yeni kürəkəni açıq deyib ki, Elşənin həbsi üçün 30 min rüşvət vermişik. Elşəni döyənləri tutmurlar, amma əksinə, onun özünə qarşı xuliqanlıq maddəsilə cinayət işi qaldırıblar” – Rafael Əsgərli deyir.
 
“Elşəni 3-cü dəfədir ki, döyürlər”
 .
Rafael Əsgərov bildirir ki, Qüdrət Şükürovun adamları artıq 3-cü dəfədir ki, Elşəni döydürürlər.
 
“İlk dəfə Elşən öz uşağı ilə görüşmək istəyərkən, ona demişdilər ki,  uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi Elşəni “Gənclik” metrosunun yanına guya danışığa çağırıb, onu beysbol bitası ilə döydürmüşdülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər nə hadisənin şahidləri dindirilib, nə də hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparır. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur. Deyir ki, guya kameralar işləməyib”, – Rafael Əsgərov bildirir. 

Söhbətdən məlum olur ki, Elşən Əsgərlinin nəinki özü, hətta onun döyülməsinin şahidi olanlar da polisin təhdidi ilə üzləşiblər.

İnstaqramda təhqirlər

Rafael Əsgərovun bildirdiyinə görə, bütün bunlarla yanaşı, onun ailəsi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın sosial şəbəkə vasitəsilə apardığı mənəvi işgəncə ilə üz-üzə qalıb. İddia edilir ki, Aysel Şükürova instaqramda açdığı saxta profillərlə Elşənin anası, hətta azyaşlı uşaq olan bacısı haqda dilə gətirilməyəsi təhqirlər, böhtanlar yazır: “Məqsədləri Elşəni provakasiyaya çəkib, onu hansısa qanunsuzluğa vadar etmək və tutdurmaqdır”.

Əsgərovlar ailəsi instaqramda təhqirlərə məruz qalmaları ilə də bağlı polisə, DİN-ə, Baş Prokurorluğa və birinci vitse-prezidentə şikayət ediblər. Amma bu şikayətlərə də baxan yoxdur.

 

 

Yeri gəlmişkən, Qüdrət Şükürov ictimai diqqətdən kənarda qalmağa çalışsa da, onun qızı Aysel Şükürova tez-tez sosial şəbəkələrdə özünün cah-cəlallı həyat tərzini ifadə edən şəkillər və videolar paylaşmağı xoşlayır. Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, “Basta”da dərc olunan məlum yazıdan sonra Aysel Şükürova bir neçə günlük öz instaqram səhifəsini bağlayıb.

“İnstaqram səhifəsinin bağlanmasını da Elşən Əsgərlinin üstünə atmaq istəyiblər. Oqtay Əhmədov vaxtıyla Aysel Şükürovanın səhifələrinin admini olmuş Arif Ramazanovdan tələb edib ki, o, Elşənin sifarişi ilə səhifəni bağladığı haqda polisə ərizə yazsın. Arif Ramazanov bunu yazmadığı üçün, onu bir gün Oqtayın evində girov saxlayıblar, həbslə hədələyiblər. Sonra isə Arif Ramazanovu girov saxlandığı vaxt evdən 2 000 dollar pul oğurlamaqda ittiham edərək, onu 22-ci polis bölməsinə təhvil veriblər. İndi polis ondan Elşənə qarşı ifadə verməsini tələb edir”, – mənbə bildirir. 

Lift maxinasiyası

Rafael Əsgərov Qüdrət Şükürovun cəmi 510 manat maaş alması müqabilində, onun Bakıda, İstambulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatından da danışıb. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən  bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib.

Onun sözlərinə görə, Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov izahından belə çıxır ki, Qüdrət Şükürov liftlərin qiymətini baha qiymətə rəsmiləşdirsə də, əslində ucuz qiymətə keyfiyyətsiz liftlər sifariş etdirir: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”. 

“Dövlət hesabından milyonlarla pul lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan “otkat” alır. Mən özüm onun “Azəriqazbank”-in filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam”, – Rəfail Əsgərov bildirir.

Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüququ mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir. 

 

Oqtay Əhmədov özəl yaxtada

 

 

Bu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir

 

 400 min dollara başa gələn toy məclisi
 

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: