Moskvada Putin əleyhinə mitinq keçiriləcək

Aprel 29-da Moskvada Putin əleyhinə keçiriləcək mitinqə  razılıq verildi.

“RİA Novosti” paytaxtın regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Vladimir Черниковa istinadən xəbər yayıb.

“Açıq Rusiya” hərəkatının  aprelin 29-da Putin əleyhinə keçirmək istədiyi aksiya Moskva rəhbərliyi ilə razılaşdırılıb. Aksiyanın planlaşdırıldığı Slavyan meydanı  Akademik Saxarov prospektinə keçirilib. 

Təşkilatçılar tərəfindən iddia edilən marşrutu razılaşdırmaq mümkün olmayıb, çünki Slavyan meydanı 12 ictimai nəqliyyat marşrutunun keçdiyi “Moskvada ən iri nəqliyyat qovşağından biridir”.

Məlumatda deyilir  ki, Moskva rəhbərliyi mitinqin keçirilməsi üçün Saxarov prospektindən Maşi Porıvayev küçəsinə qədər marşrut təklif edib. Vladimir Черников deyib ki, saat 13:00-a təyin edilmiş razılaşdırılmış aksiyada 10 min iştirakçının toplanması nəzərdə tutulur.

Qeyd edək ki, “Açıq Rusiya” hərəkatı aprelin 29-da Rusiyanın bir-neçə şəhərində  prezident Vladimir Putin əleyhinə “Nadoyel” şüarı ilə aksiyalar keçirməyi planlaşdırır. Bir qədər əvvəl verilən məlumata görə, hərəkatın Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan aksiyasını yerli hakimiyyət orqanları ilə razılaşdırmaq mümkün olmayıb. 

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: