“Prezidentin sözünü saya salan yoxdu” (Video, Foto)

Kərəm Həsənova məxsus olduğu deyilən obyektin tikintisi üçün ağaclar kəsilir, uşaq meydançası dağıdılır
Ölkə başçısı İlhamƏliyev bir neçə gün öncə keçirdiyi müşavirədə ağacların kəsilməsi və qanunsuz tikintilərlə bağlı sərt çıxış etmişdi. O, bununla bağlı məmurlara son xəbərdarlığını elan etmişdi. Amma, ağacların kəsilməsi və binaların həyətində yeni binaların tikilməsi ilə bağlı şikayətlər gəlməkdədir.
Oxucumuzun “Basta”ya təqdim etdiyi bu materiallar paytaxtın Binəqədi rayonunda qeydə alınıb:
Bu tikindi 4-cü mikrarayon M.Cəlal küçəsi 2,4, 6 və 8 saylı evlərin kiçik həyətində tikilir. Bina sakinlərinin etirazına baxmayaraq gecə , gündüz agir texnikalarla surətli iş aparırlar. Ağaclar kəsilir, uşaqlar ücün kicik meydanca dagidılıb. Sakinlərə məxsus qaraj razılaşdırılmadan dagıdılıb” -şikayətçi bildirir.
“Prezidentin sözünü saya salan yoxdur. Ekologiya Nazirliyinə, DİN-ə, FHN-ə və digər dövlət otqanlarına müraciət olunub. Ekologiya Nazirliyi ağacların kəsilməsi haqqında akt tərtib edib. Bizə deyilir ki, yeni tikinti Əmlak Komitəsinin sədri Kərəm Həsənova məxsusdur. Binanin həmin ərazidə tikilməsinə icazənin olub-olmaması  ilə bağlı hər hansı bir sənəd verməkdən imtina edirlər”, – mənbə bildirir.
Bastainfo.com
%d bloqqer bunu bəyənir: