Putin rusları bezdirib

RBK agentliyinin məlumatına görə, Rusiyanın 11 şəhərində “Açıq Rusiya” hərəkatının prezident Vladimir Putininin əleyhinə mitinq keçirilməsi barədə müraciətlərinə müsbət cavab verilib. 9 şəhərdə isə anoloji müraciətləri şəhər icra hakimiyyətləri ilə razılaşdırmaq mümkün olmayıb. Bir çox hallarda imtinanın səbəbi kimi təyin olunmuş gündə iməcliklərin keçiriləcəyi göstərilib.

Aprelin 29-da Mixail Хodorkovskinin təsis etdiyi “Açıq Rusiya” hərəkatı ölkənin onlarla şəhərində Rusiya prezidenti Vladimir Putininin yeni müddət üçün namizədliyinə qarşı “Nadoyel” şüarı ilə aksiyalar planlaşdırıb. Tomsk, Kirov, Pskov, Ufa, Voronej, Rostov-Don, Novosibirsk, Krasnodar, Çeboksar, Samara və Kaliningrad şəhərlərində aksiyalar hökumət orqanları ilə razılaşdırılıb.

Mitinq keçiriləcək meydan və küçələrin müvafiq hakimiyyət orqanları ilə razılaşdırılması baş tutmayan şəhərlərdə  – Moskva, Sankt-Peterburq, Tümen, Kazan, Perm, Tambov, Oryol, Tver və İjevskdə hərəkat fəalları aksiyaların təşkili üçün ərizələrini yenidən təqdim ediblər.

 Sankt-Peterburq, Tambov və Permdə aksiyaya imtinaya səbəb kimi artıq təyin  edilmiş iməciliklər göstərilib. Tverdə isə “Ekoloq günü” keçiriləcəyi ilə bağlı aksiyaya icazə verilməyib.

Volqoqrad, Novokuznetck, Çelyabinsk, Saratov, Tula, Nijni Novqorod, Ulyanovsk, Кемерово və Yekaterinburq şəhərlərində təşkilatçıların  sorğulararına hələlik heç bir cavab verilməyib. Kamçatka fəalları tək piketlər keçirəcəklər ki, bu aksiyanın  razılaşdırılması tələb olunmur.

Xatırladaq ki, “Açıq Rusiya” hərəkatı Putinin yeni prezident müddətinə qarşı aksiyalar anonsunu hələ martın sonunda verib. Aprelin 15-də hərəkatın Tallinndə keçirilmiş Konfransında təşkilatçılar aksiyanın mahiyyəti açıblar və təklif ediblər ki, etirazçılar dövlət başçısının adına rəsmi məktublar yazaraq  öz şəhərlərində hakimiyyət orqanlarına təqdim etsinlər. Hər kəsə yazdığı məktubunda  hakimiyyət orqanlarının hərəkətləri barədə narazılıq, təklif və tələblərini bildiriməsi tövsiyə olunur.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: