Rusiya məhkəməsi Yehova Şahidlərini “radikal” hesab etdi

Rusiyanın Ali Məhkəməsi Yehova Şahidləri dini icmasını “radikal” hesab edərək hökumətin bu icmanın qadağan olunmuş dini qrup kimi tanınması xahişini qəbul edib.

Ədliyyə nazirliyi iddia edib ki, qrup digər qruplara qarşı nifrət yaradan broşürlər yayıb.

Qrupu təmsil edən hüquqşünaslar iddiaları rədd edərək apellyasiya ərizəsi verəcəklərini bildirirlər.
Stalin dövründə də izlənilən məzhəbin hazırda Rusiyada 175 min üzvü var.
ehova Şahidlərinin broşürləri

Rusiyanın Ədliyyə Nazirliyi Yehova Şahidlərinin broşürlərinin nifrət doğurduğunu iddia edir
Xristianlığa əsaslanan hərəkatın dünyada təqribən 8 milyon inanclısı var, məzhəb üzvləri ən çox qapı-qapı gəzərək yeni ardıcıllar axtarmaqla tanınır.

İnanclılar bu məhkəmədən sonra onların fəaliyyətlərinin cinayət sayılmasından narahatdırlar.

Rusiya informasiya agentlikləri məlumat verirlər ki, Ədliyyə Nazirliyi məzhəbin Sankt Peterburq yaxınlığındakı milli qərargahının bağlanması ilə yanaşı, bəzi “ekstremist” nəşrlərinin qadağan olunmasını da istəyib.

Qrup tərəfindən yayılan bir kitabçada yazıçı Lev Tolstoyun Rus Pravoslav Kilsəsinin doktrinasını “mövhumatçı və cadugər” adlandıran sitatından nümunə gətirilib.
Rəsmilər dini icmanı insanların ailələrini dağıtmaqda, nifrəti təbliğ etməkdə və insan həyatına təhlükədə ittiham edib.

Yehova Şahidləri deyirlər ki, ittihamlar tamamilə yanlışdır. İcmanın sözçüsü AFP agentliyinə hakimin qərarından “şoka düşdüyünü” bildirib.

“Mən gözləmirdim ki, bu, müasir Rusiyada, konstitusiyanın dini azadlığa təminat verdiyi bir yerdə mümkün ola bilərdi”, Yaroslav Sivulsky bildirib.

Yehovanın Şahidləri məzhəbi 19-cu əsrdə ABŞ-da yaradılıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: