Dördaylıq uşağa araq verərək öldürdülər

 İrkutsk vilayətində körpə spirtlə zəhərlənmədən ölüb.

Bu barədə bu gün, aprelin 22-də Rusiya Regional İstintaq Komitəsi idarəsinin saytında məlumat yerləşdirilib. “İstintaqın versiyasına görə, şübhəli şəxs 4-aylıq ağlayan körpənsini sakitləşdirmək məqsədilə uşağın qidasına araq əlavə edərək içirdib. Nəticədə körpə spirtlə zəhərlənmədən vəfat edib”, — deyə məlumatda bildirilir.

26 yaşlı qadın barəsində Rusiya CM-nin 109-cu maddəsinin 1-ci hissəsi (“ehtiyatsızlıq üzündən ölümə səbəb olma”) üzrə iş başlanmışdır. Eyni zamanda, İrkutiyalı qadın daha iki kiçik uşağına valideynlik hüquqlarından  məhrum edilib.

Oxşar hadisə 2016-cı ilin noyabr ayında Kemerova vilayətində də baş verib. 26 yaşlı şəhər sakini təxminən iki litr pivə içərək sərxoş vəziyyətdə bir aylıq oğlunu əmizdirərək yatızdırıb. Səhər o, uşağın heç bir reaksiya vermədiyini görərək təcili yardım xidmətinə zəng vurur. Gələn tibb işçiləri körpənin spirtlə zəhərlənmədən öldüyünü bildirirlər. Bu qadın barədə də eyni maddə üzrə cinayət işi qaldırılmışdı.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: