Əfqanıstanda matəm elan edilib

Əfqanıstanda Talibanın intiharçı hücumlarından sonra bu gün milli matəm günü elan edilib.

BBC-nin xəbərinə görə, Talibanın intiharçı hücumu nəticəsində azı 140 adam həyatını itirib. 2011-ci ildən əfqan ordusuna qarşı ən qanlı hücum hesab edilən bu hadisədə ölənlərin əksəriyyəti əsgər olub.

Şahidlərin dediyinə görə, 10 intiharçı 2 zirehli maşınla Əfqanıstan Milli Ordusunun 209-cu Şahin qvardiyasının Məzari-Şərifdəki baş qərargahına hücum edib.

Yerli tele-kanallar adı açıqlanmayan təhlükəsizlik rəsmisinə istinadən cümə günü 140 əsgərin öldürüldüyü yerdə 100-ə yaxın əsgərin yaralandığını bildirib.

Taliban sözçüsü Zabihullah Mücahid hücumların məsuliyyətini üzərinə götürüb. O, intiharçıların şəkilləri də daxil edilməklə, hücumla bağlı detalları açıqlayıb.

Mücahid deyib ki, hücum 10 saat davam edib və yüksək rütbəli zabitlər də daxil edilməklə, 500-ə qədər əsgər öldürülüb.

Əfqanıstanın təhlükəsizlik qüvvələri 2014-cü ildən ABŞ-ın döyüş missiyalarından çıxmasından sonra ciddi itkilərlə üzləşib. 2016-cı ilin ilk 8 ayı ərzində 7 min əsgər öldürülüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: