Müsavat Cəlilabadda konfrans keçirdi

Bu gün Müsavat Partiyası Cəlilabad rayon təşkilatının 14-cü konfransı keçirilib. Konfransda Müsavat başqanı Arif Hacılı, başqan müavini Fərəc Kərimli, MNTK üzvü Xuraman Bağırova və İcra Aparatının şöbə müdiri Yusif Tağı iştirak ediblər.

Fərəc Kərimlinin yaydığı məlumatda bildirilir ki, iclasda təşkilati məsələlərə baxılıb, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı başqanın məruzəsi dinlənilib.

Alternativ əsaslarla, gizli səsvermə yolu ilə keçirilən seçkidə Akif Badirli yenidən rayon təşkilatının sədri seçilib. İclasda həmçinin seçki yolu ilə rayon təşkilatının Şurası və NTK üzvləri müəyyənləşib. 

 

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: