Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində ölüb

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.

Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: