Türkiyə Silahlı Qüvvələri komandanlığının son Sincar əməliyyatları açıqlaması

Türkiyə Silahlı Qüvvələri Sincar və Karacok əməliyyatları ilə bağlı bəyanat verib. Bəyanatda 70 terrorçunun sıradan çıxarıldığı, terror qruplaşmasının döyüş ruhu son dərəcə zəiflədildiyi vurğulanır.

TSQ-nın bəyanatında bildirilir:
“Ölkəmizin ve millətimizin birlik, bütünlük ve güvənliyinə qəsd eden bölücü terror qruplaşması PKK-ya aid terror yuvalarının yox edilməsi məqsədılə; beynəlxalq huquqdan qaynaqlanan haqlarımız çərçivəsində 2017-ci il aprelin 25-də  saat 02.00-da, Iraqın şimalında Sincar Dağı və Suriyanın şimal-şərqində Karaçok Dağı bölgələrinə hava hücumu icra edilmiş və məlum terrorist hədəfləri tam olaraq məhv edilmişdir.

Hava hücumu nəticəsində  terrorçulara aid silah-sursat anbarları və yaşayış sahələri məhv edilib. Iraqın şimalı,  Sincar Dağı bölgəsində 40, Suriyanın şimal-şərqində, Karaçokda ise 30 civarında silahlı öldürülüb; PKK üzvlərinin əhval-ruhiyyəsi son derece zəif olduğu bilgisi alınmışdır.”

bastainfo.com

%d bloqqer bunu bəyənir: