Putin: “Ərdoğan, mən Əsədin vəkili deyiləm”

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan aprelin 25-də Reuters jurnalistinə müsahibə zamanı işarə vurub ki, Rusiya Suriya lideri Bəşər Əsəd barədə öz mövqeyini yumşaldıb.

Bu barədə o, Rusiya prezidenti ilə söhbətini şərh edərkən  məlumat verib. “Ərdoğan, məni düzgün başa düşün. Mən Əsədi müdafiə etmirəm, mən onun vəkili deyiləm.” Putin mənə belə dedi, – Ərdoğan bildirib.

“Rusiyanın mövqeyi bundan ibarətdir ki, Suriya vətəndaşları öz ölkəsinin taleyini müstəqil həll etməlidir. Xarici işlər nazirinin müavini Mixail Boqdanov xüsusilə bildirib ki, Moskva beynəlxalq  Suriya danışıqlarının bərpası histiqamətində hər hansı atılan addımları dəstəkləyir.”

Aprelin 11-də ABŞ-ın dövlət katibi Reks Тиллерсон bildirib ki, Rusiya  ABŞ və sağlam düşüncəli ölkələr ilə Bəşər Əsəd rejimi, İran qruplaşması “Hizbullah”  arasında seçim etməlidir.

Aprelin 16-da Böyük Britaniyanın  XİN başçısı Boris Johnson The Daily Telegrapha  müsahibəsində deyib ki, Rusiya Suriyada öz strateji maraqlarını qoruyub saxlamaq və ABŞ prezidenti Donald Trampla münasibət qurmaq imkanları üçün  60-dan çox dövlətin qatıldığı “İslam dövləti” ilə  mübarizə koalisiya qoşula bilər.

Qeyd edək ki,  Əsəd aprelin 21-də kimyəvi silahların yaraqlılara Ankaranın ötürdüyünə yüz faiz əmin olduğunu bəyan edib. “Buna sübutlar var, bəziləri bir neçə il bundan əvvəl internetdə yayılıb “, — deyə Suriya lideri bildirib.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: