Aqramunt istefa qərarı verdi

AŞPA prezidenti Pedro Aqramunt Assmableyaya İspaniya kralı IV Filipenin gəlişindən sonra könüllü şəkildə istefaya gedəcək.

Ona qədər isə Aqramunt sessiya zalına girə bilməz. Yalnız  kral zala gələn zaman onun yanında ola və assambleyanın prezidiumunda onu dinləyə biləcək.

Daha sonra Aqramunt kralı vətəninə yola salacaq, sessiyanın bağlanışından sonra isə Büroya gəlib istefasını elan edəcək, Azadliq.info məlumat verir.

P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

“Amerikanın səsi” məlumat verir ki, sessiyada “AŞPA-nın ünvanına korrupsiya ittihamları və şəffaflıq” mövzusunda paralelmüzakirələr aparılıb.

Müzakirələr 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsi məqsədilə Azərbaycanlı deputat Elxan Süleymanovdan rüşvət almaqda ittiham olunan AŞPA-nın keçmiş vitse-prezidenti, İtaliyalı deputat Luka Volontenin ifşa olunması ilə bağlı olub.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: