Azərbaycan mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdədir

Azərbaycan mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdədir.

Bu rəqəmlər “Sərhədsiz reportyorlar” (Reporters Without Borders) beynəlxalq təşkilatının dünən açıqladığı hesabatda əks olunub. Hesabatda Azərbaycan hakimiyyətinin televiziyaları və çap mətbuatını tam nəzarətdə saxladığı, İnternetə müdaxilə etdiyi, jurnalistlərin həbs və təqib olunduğu qeyd edilir. 

Qonşu ölkələrdən Gürcüstan reytinq siyahısında 64-cü, Ermənistan 79-cu, Rusiya 148-ci, Türkiyə 155-ci, İran 165-ci yerdədir.

ABŞ-ın 43-cü olduğu siyahıda ilk yerləri Norveç, İsveç və Finlyandiya tutur.

Siyahının sonunda isə Suriya (177), Türkmənistan (178), Eritreya (179) və Şimali Koreya (180) dövlətləridir. 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: