Nazirlik məhkəməyə müraciət etdi – Bu saytların bağlanmasını istəyir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanmasını tələb edir.

24 saat org xəbər verir ki, mərkəz bu tələblə məhkəməyə müraciət edib.

Nazirlik azadlıq.org azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarının, “Turan” telekanalının (Turan TV) və “Azərbaycan saatı” teleproqramının girişə blok qoyulmasını istəyir.

Bu haqda artıq çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş verilib.

“Azadlıq”a daxil olan bildirişdə qeyd edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib.

İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişin məhdudlaşdırılması ilə bağlıdır.

Sözügedən mülki iş üzrə məhkəmə iclası sabah saat 11:20-yə təyin olunub.

Bu işə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: