Siyasi məhbus Kürdəxanı həbsxanasında intihar etdi

Siyasi məhbus Mehman Qelenderov Kürdəxanı İstintaq Təcridxanasında intihar edib. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

“Mehman Qələndərov dünən saxlandığı kamerada müəmmalı şəkildə intihar edib. Məlumat üçün bildirim ki, Mehman Qələndərov tənqidçi mövqeyi ilə seçilir, bloger fəaliyyəti ilə məşğul olurdu. Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri idi. Eyni zamanda o heykəl önünə gedərək “heykəl məhbusları” Qiyasa və Bayrama azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra fevralın 7-də narkotika ittihamı ilə şərlənərək həbs olundu”, – Oqtay Gülalıyev bildirib.

“Mehman Qələndərov bu rejimin qurbanlarından biridir. Biz onu siyasi məhbus kimi tanıyıb yerli və beynəlxalq ictimaiyyətə təqdim etsək də təəssüf onu lazımınca müdafiə edə bilmədik. Bu ölkədə kral istəməyənlər, azadlıq tələb edənlər ya intihara sövq edilir, ya həbs olunur, ya da ölkədən didərgin salınır. Günümüzün acı reallığı budur. Amma mübarizə bitməyib və bitməyəcək!” – Oqtay Gülalıyev əlavə edib.

Qeyd edək ki, Mehman Qələndərov 2005-ci ildə Sabunçu rayonundan deputatlığa namizəd olub.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: