İlkin Rüstəmzadədən həyacanlı xəbər

“DTX-nın əməkdaşları açıq-aşkar deyiblər ki, bizimlə əməkdaşlıq etməsən, elə burda öləcəksən”

“Bu gün İlkin Rüstəmzadə ilə danışdım. Dedi ki, bu cümlələri olduğu kimi onun adından yazım. DTX-nın əməkdaşları bir neçə dəfə onunla görüşüb onu da əməkdaşlığa vadar etmək istəyiblər, amma İlkin imtina edib”.

Bu sözləri Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli özünün feysbuk səhifəsində yazıb.

“Sonuncu dəfə də gəlib açıq-aşkar deyiblər ki, bizimlə əməkdaşlıq etməsən nə müalicə müəssisəsinə gedəsən, nə müalicə olunasan, nə də həbsdən azad olunasan, elə bu vəziyyətdə burda öləcəksən. İlkin deyir beləcə də dedilər”, Ülvi Həsənli bildirib. 

“Sonra da deyirik, necə oldu Mehman Qələndərov həbsxanada intihar etdi? İntihar həddinə çatdırılma olmasa, bütün təzyiqləri, repressiyaları gözə alıb mübarizəyə qoşulan, həbs olunan, gələcəyə ümidi olan insanlar heç vaxt bu yola əl atmaz. Yenə qeyd edirəm, yəni bu intihar məsələsi şübhəlidir. Əslində İlkinin dediklərinin bu məsələ ilə birbaşa əlaqəsi yox idi, amma mən əlaqə gördüyümə görə İlkinin sözlərinin davamı ilə bu məsələni yazdım. Yəni İlkini də həbsxanada əməkdaşlıq söhbətləri ilə bezdiriblər, əl çəkmirlər”, – Ülvi Həsənli bildirib.

Qeyd edək ki, İlkin Rüstəmzadə Nida təşkilatının ilk siyasi məhbuslarından biridir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: