Müsavat başqanı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya fəalı Tahir İbişovu doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Tahir bəy!
Sizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Xalq Hərakatının ilk günlərindən ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal iştirakçılarından. biri olmusunuz. Siz AXC Biləsuvar rayon şöbəsinin yaradıcılarından və ilk idarə heyətinin üzvlərindən biri kimi Milli Azadlıq Hərəkatında iştirak etmisiniz.
1994-cü ildən Müsavat Partiyasına qosularaq, partiyanın işində daim fəallıq göstərmiş, öz fədakarlığınızla başqalarına nümunə olmuş, ölkədə azad, demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizəyə töhfələr vermisiniz. Siz bu gün də rayon təşkilatının şura uzvu kimi rayon təşkilatının, Müsavat Partiyasının güclənməsində, fəaliyyətimizin genişləndirilməsi işində fəallıq göstərirsiniz. Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılmasında xidmətləriniz danılmazdır. Fəal həyat mövqeyiniz, işgüzarlığınız və səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs Sizinlə daim qürur duyacaq.
Hörmətli Tahir bəy!
Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız mübarizədə uğurlar arzulayıram”.

 
%d bloqqer bunu bəyənir: