“Kanal 13”-ün rəhbərinə 30 sutka həbs cəzası verildi – Video

Mayın 2-də “Kanal 13”-ün rəhbəri Əziz Orucov və onun xanımı həbs olunub. Bu haqda saytın rəsmi feysbuk səhifəsində “Kanal 13”-ün təsisçisi Anar Orucov məlumat yayıb:

 

“Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis edarəsində dəvət etmək mümkün ikən, zorakılıla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis idarəsinə aparılıblar. 
Bir müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. 
Xuliqanlıqda ittiham edilir. Kanal13 hər zaman azad media olmağa çalışıb və bacardığı qədər olub: biz xəbərləri xalqa çatdırmışıq, xəbərə şərh verməmişik. İqtidarı da, müxalifəti də işıqlandırmışıq. İqtidardakılar bizdən qaçıb, müxalifətdəkilər yaxın olub deyə, daha çox da müxalif mövqe sərgiləmişik. İndi deyirlər ki, sən demə bu, bizim ölkəmizdə xuliqanlıq imiş…”.

“Basta”nın əldə etdiyi məlumata görə, Əziz Orucov Nəsimi Rayon Məhkəməsində “xuliqanlıqda” itiiham edilib və onun barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: