Müsavat rəhbərliyi Mehman Qələndərovun qəbrini ziyarət etdi

Bu gün Müsavat Partiyasının rəhbərliyi həbsxanada müəmmalı şəkildə həlak olmuş siyasi məhbus Mehman Qələndərovun məzarını ziyarət edib.
.
Ziyarətçilər arasında Müsavat başqanı Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Fərəc Kərimli, departament rəhbərləri Yusif Tağı və Mübariz Bədirxanlı, vicdan Məhbusu Elvin Abdullazədə, rayon təşkilatı sədrləri Ərzulla Buludov və Zakir Məmədzadə, MGT idarə heyətinin üzvü Əbülfəz Sadıxbəyli, MNTK Əli Həsənov, partiya fəalı Cəmil Qambay və digər müsavatçılar iştirak ediblər.  
.
Fərəc Kərimlinin “Basta”ya verdiyi məlumata görə müsavatçılar Mehman Qələndərovun məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini yad ediblər. 
.
“Hakimiyyət nümayəndələri Mehman Qələndərovu tələsik dəfn etdikləri üçün, onun anasının və atasının qəbirləri üzərinə torpaq tökülmüşdü getmişkən məzarların üzərlərini də təmizlədik”, – Fərəc Kərimli bildirib.
.
18280965_1324505980948820_1755685982_n 18253937_1324505957615489_309016115_n 18254071_1324506020948816_1613222046_n 18254161_1324506064282145_651993201_n 18254548_1324507207615364_1437994064_n
Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: