Putin Soçidə Merkellə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Ukraynada yaranmış vəziyyəti və Minsk razılaşmasının həyata keçirilməsini, terrorizmlə mübarizəni, habelə Suriya problemini müzakirə etmək üçün bu gün Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.

Report xəbər verir ki, Merkelin Rusiyaya səfəri “Böyük İyirmilər”in iyulda Hamburqda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır. Ölkə rəhbərləri qarşıdan gələn sammitlə bağlı fikir mübadiləsi aparacaqlar.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Putin və Merkel ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, perspektivini, o cümlədən energetika, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Kremldə qeyd ediblər ki, liderlər danışıqlar zamanı terrorizmlə mübarizə məsələsinə, Yaxın Şərqdə vəziyyətə, Ukrayna böhranının nizamlanması üzrə Minsk razılaşmasına da toxunacaqlar.

%d bloqqer bunu bəyənir: