Avropa İttifaqı rəsmisi: “Türkiyənin Aİ arzusu hələlik bitdi”

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Johannes Hahn, Türkiyə ilə aparılan müzakirələrin mövzusundan bəhs edərək, bu danışıqlarda fərqli bir hədəfin seçilməsinə ehtiyacın duyulduğunu qeyd edib.

BBC Azərbaycanca xəbər verir ki, rəsmi nümayəndə, üzv ölkələr arasında “ticarət və təhlükəsizlik əlaqələrinə” söykənən yeni bir əməkdaşlıq modelinin müzakirə olunduğunu açıqlayıb.

Maltada davam edən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin iclasında iştirak edən Johannes Hahn Reuters xəbər agentliyinə deyib: “Ən azından, bu an üçün Türkiyənin Aİ perspektivindən uzaqlaşdığı fikri ilə hamı razıdır.”

Türkiyənin “Aİ arzusu hələlik bitdi”, Johannes Hahn deyib.

O, ötən ilin yanvar ayından Türkiyə ilə “danışıqlar çərçivəsində” görüş keçirilmədiyini vurğulayıb.

“Gələcəkdə nə edilə biləcəyi, yeni bir əməkdaşlıq modelinin olub-olmayacağı barədə düşünməliyik”, Aİ rəsmisi deyib.

Ötən həftə Reuters agentliyinə müsahibə verən prezident Erdoğan, Türkiyənin “Avropanın qapısında əbədi olaraq gözləməyəcəyini” qeyd edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: