İŞİD-in hücumu nəticəsində 32 mülki şəxs həyatını itirib

İŞİD-in İraqla sərhədində Suriya ərazisindəki qaçqın düəşərgəsi yaxınlığında hücumu nəticəsində 32 mülki şəxs həyatını itirib. Bu haqda məlumatı qərargahı Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə qrupu verib.

Amerikanın Aəsinin verdiyi xəbərə görə, qrupun sözçüsü Rami Abdel intiharçıların qaçqın düşərgəsinə hücum etdiyini bildirib. “Azı beş intiharçı hücumçu özünü İraq qaçqınları və Suriyadan məcburi köçkünlər üçün düşərgənin qarşısında və daxilində özünü partladıb”, deyə o bildirib.

Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri Raqqa yaxınlığında İŞİD-ə məxsus drona atəş açır

Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri Raqqa yaxınlığında İŞİD-ə məxsus drona atəş açır

Kürd və Suriya mənbələrinə əsasən, hadisə qurbanlarının çoxu Suriya və İraqda İŞİD-in nəzarətində olan ərazilərdən qaçaraq müvəqqəti düşərgələrdə sığınacaq tapmış insanlardır.

Azı beş intiharçı hücumçu özünü İraq qaçqınları və Suriyadan məcburi köçkünlər üçün düşərgənin qarşısında və daxilində özünü partladıb

Hücumdan sonra İŞİD militantları ilə Suriya Demokratik Qüvvələri (SDF) və kürd və ərəb döyüşçülərdən ibarət alyans arasında çiddətli döyüş başlayıb.
ABŞ-ın dəstəklədiyi SDF Suriyanın şimalındakı əraziləri İŞİD-in nəzarətindən geri alıb. SDF bu yaxınlarda Fərat vadisində strateji əhəmiyyətə malik Tabqa şəhərini ələ keçirib.

Tabqa İŞİD-in mühüm istinadgahı idi. Şəhər İŞİD-in özünə paytaxt elan etdiyi Raqqadan 40 kilimetrlik məsafədə yerləşir.

İraqda isə İŞİD ölkənin ikinci böyük şəhəri olan Mosulun qərb hissələrində hələ də nəzarətində saxladığı yerlərdə İraq hərbi qüvvələri və onların müttəfiqləri ilə döyüşlər aparır.

İraqın yüksək rütbəli komandiri militantların müqavimətinə baxmayaraq, İŞİD-in may ayında Mosuldan çıxarılacağını gözlədiyini bildirib.

İraq ordusunun qərargah rəisi, general-leytenant Osman Əl-Ğanmi deyib ki, döyüşlər maksimum üç həftəyə bitməlidir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: