Müsavat başqanı təşkilat sədrini təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Şahbuz rayon təşkilatının sədri Nadir Allahverdiyevi 60-illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir.

Hörmətli Nadir bəy!

shahbuz tesh sedriSizi 60-illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri olmusunuz. Sonrakı illərdə Müsavat Partiyası Şahbuz rayon təşkilatının üzvü kimi partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmiş, siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz.

Siz uzun müddət Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri və Naxçıvan MR təşkilatının sədr müavini olaraq ən çətin şəraitdə, dəfələrlə təqib və təzyiqlərə üzləşsəniz də rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız, işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, övladlarınız, nəvələriniz, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Nadir bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.

%d bloqqer bunu bəyənir: