Türkiyə və Azərbaycan hərbiçilərinin birgə təlimi – Video

Türkiyə və Azərbaycanın erməniləri qorxuya salan hərbi təlimi davam edir.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təlimlərlə bağlı  yeni görüntülər yayılıb.

Mətbuat yazır ki, təlimlərin keçirildiyi yer döyüş meydanını xatırladır. Təlimlərdə yüzdən çox zirehli texnika və 12 helikopter iştirak edir.

Mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Təlimlər Azərbaycanda keçirilir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: