Heydər Əliyevin doğum günündə Müsavat AKM etiraz aksiyası keçirəcək

Mayın 10-da, keçmiş dövlət başçısı Heydər Əliyevin doğum günündə Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.
Müsavat AKM-dən “Basta”ya daxil olan məlumatda bildirilir ki, aksiyada milyonlarla maliyyə xərclənən “Gül bayramı”na etiraz bildiriləcək, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədovun timsalında bütün siyasi məhbuslara azadlıq tələb ediləcək.
Müsavat AKM siyasi mənsubiyyətindən asılı olmayaraq Avropada yaşayan bütün soydaşlarımızı aksiyaya dəvət edib.
“Gəlin birlikdə, əl-ələ verərək , diktator Əliyev rejimininə qarşı etirazımızı bildirək”, – tədbirin təşkilatçısı Samir Qasımovun müraciətində deyilir.
Aksiya mayın 10-da Almaniya 92318 Neumarkt, Rathausplatz 1 ünvanında keçiriləcək. 
.
Bastainfo.com
%d bloqqer bunu bəyənir: