Lapşinin səhhətində problem yaranıb: “Gəzə bilmir”

Azərbaycanda həbsdə olan əcnəbi bloger Aleksandr Lapşinin səhhəti pisləşib. Bu haqda sosial şəbəkədə onun xanımı Yekaterina Lapşina yazıb.

“Təəsüf ki, Saşadan pis xəbər var. O, hazırda təcridxananın sanitar hissəsində saxlansa da, vəziyyəti yaxşılaşmır”, – Lapşinin xanımı bildirib.

O, qeyd edib ki, Aleksandr Lapşin taxikardiyadan və nevralgiyadan əziyyət çəkir: “Bu, keçirdiyi stresin nəticəsidir. Ayağında və belində kəskin ağrılar var, gəzə bilmir və normal otura bilmir, gecələr əzələlərində qıcolma baş verir. Normal müalicəyə ehtiyacı var, təcridxananın həkimləri isə ona dixlofenak verməklə kifayətləniblər”.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: